Rişi Sunakdan Zelenskiyə dəstək: "Onları ruhdan salmamalıyıq"

14:24 15 May 2023

 Böyük Britaniyanın baş naziri Rişi Sunak Zelenskinin səfəri barədə danışıb və qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş Ukraynanın müqavimətinin həlledici məqamında keçirilir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki,  Sunak Kiyevə  dəstəyini ifadə edib:

"Ukraynanın müttəfiqləri təcavüzkara qarşı mübarizədə “onu ruhdan salmamalıdırlar. Bu Ukraynanın seçdiyi variant və ya təşviq etdiyi bir savaş deyil, səhşətli təcavüzdür və təcavüzə müqavimətində bizim dəstəyimiz həlledici məqamdır. Ukraynanın gündəlik reallıqlarını nəzərə alsaq görərik ki, amansız düşmənlə üz-üzədir və bu hücumların qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin davamlı dəstəyinə ehtiyacları var.  Biz onları ruhdan salmamalıyıq". 
Böyük Britaniyanın baş naziri ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb: "Sizi və ölkənizi dəstəkləmək üçün başqa nə edə bilərik deyə müzakirə edəcəyimizi səbirsizliklə gözləyirəm". 

Nərgiz,

Sitat.info

 



Xəbər xətti