O, İslam dünyasının sürətlə inkişaf etdiyini, ticarət və maliyyə sahələrində nəzərəçarpacaq uğurlar əldə etdiklərini bildirib. “Rusiya bu ölkələrlə mümkün qədər geniş ticari və humanitar əməkdaşlığa açıqdır”, - Rusiya prezidenti Vladimir Putin bildirib.
Sitat.info xəbər verir ki, Kreml Putinin Anadolu Agentliyinin (AA) Qlobal Kommunikasiya Partnyoru olduğu “Rusiya-İslam Dünyası: Kazan Forumu 2023”, Rusiya və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin iqtisadi nümayəndələrinə müraciətini açıqlayıb.
Forum çərçivəsində Rusiya Federasiyasına bağlı Tatarıstan Respublikasının paytaxtı Kazanın çoxlu sayda xarici qonağı qəbul edəcəyinə diqqət çəkən Putin: “Rusiya ənənəvi olaraq müsəlman dövlətləri ilə həm ikitərəfli, həm də Rusiya Federasiyası ilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman dövlətləri ilə sıx və etibarlı əlaqələr saxlayıb", - deyə qeyd edib.
Seymur Bənnayev
Sitat.info