Rusiya xarici borclarını ödəyə bilmir: Ölkə defolt elan edilsə nələr olacaq?

11:12 17 Mart 2022

"Financial Times" Ukrayna ilə Rusiya arasında danışıqlarda müsbət nəticələrin olduğundan, atəşkəsə razılaşmasından, Rusiyanın qoşunlarını geri çəkmək öhdəliyindən və bunun müqabilində də Ukraynanın NATO-ya üzvlükdən imtina edəcəyindən və silahsızlaşmaya razılıq verib, neytral qalacağından yazır. Bu informasiyaya bazarlar positiv reaksiya verir, 1 barrel neftin qiyməti 100 dolların, 1 dolların rublla məzənnəsi də 100-ün altına düşüb".

SİTAT.İNFO xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu yazıb.

Onun sözlərinə görə, buna baxmayaraq rublun möhkəmlənməsi davamlı olmayacaq: " Belə ki, Moskva dollarla ifadə olunmuş iki istiqraza görə investorlara 117 milyon dollar faiz ödəməli idi. Lakin valyuta ehtiyatlarının böyük hissəsi beynəlxalq sanksiyalarla dondurulduğundan bu günə olan ödənişləri edə bilməyəcək. Rusiyanın xarici dövlət borcu 20 mlrd. dollardır. Rusiya defolt elan edilsə, ölkədə börc öhdəliklərinin ödənilməsində çətinliklər yaranacaq".

SİTAT.İNFO



Xəbər xətti