ABŞ-ın “Washington Post” qəzeti Rusiyanın muzdlu “Vaqner” qrupunun yaradıcısı və “Putinin rəhbəri” kimi tanınan Yevgeni Priqojinin Ukraynaya təklif etdiyini iddia edib.
Sitat.info xəbər verir ki, “Washington Post”un yazdığına görə, Priqojinin Ukraynanın Baxmut bölgəsindən qoşunlarını çıxarması müqabilində yanvar ayında Rusiya qüvvələrinin mövqeləri haqqında məlumatı satmağı təklif etdiyi və bu təklifin Ukrayna Kəşfiyyat Xidməti ilə əlaqələri vasitəsilə edildiyi bildirilir.
Xəbərdə Ukraynanın bu təklifi rədd etdiyi barədə məlumatlar yer alıb.
Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı ilə tanınan Priqojin Baxmut bölgəsindəki Vaqner əsgərlərinin lazımi sursatları almadan bölgədən çəkiləcəyi ilə hədələyib. Vaqner liderinin ötən həftə yaydığı səsli mesaja cavab olaraq bildirib ki, o və əsgərləri bölgəni tərk etsələr, satqın sayılacaqlar.
Nərgiz,
Sitat.info