Zelenski Rişi Sunakla koalisiya yaradır

16:40 15 May 2023

 Ukrayna prezidenti Vladimir Zelenski yaxın vaxtlarda Ukrayna üçün aviasiya koalisiyasının yaradılması ilə bağlı mühüm qərarların açıqlanacağını, lakin bu məsələ ilə bağlı hələ iş görülməli olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, dövlət başçısı bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə media nümayəndələri ilə  söhbəti zamanı deyib.

Ukrayna prezidenti qeyd edib ki, bu gün Sunakla görüşdə reaktiv təyyarələr mövzusu müzakirə olunub. "Bu, bizim üçün çox vacib mövzudur, çünki biz səmaya nəzarət edə bilmirik. Siz bu barədə bilirsiniz. Biz bu təyyarə koalisiyasını yaratmaq istəyirik. Və mən bu barədə çox pozitivəm. Bu barədə danışdıq. Məncə, bunlar çox vacib qərarlardır, lakin bunun üzərində bir az daha işləmək lazımdır" -Zelenski deyib

Öz növbəsində, Sunak bildirib ki, Britaniya dəstək verəcək  ölkələrin koalisiyasının əsas üzvü olacaq.

"Təyyarələrin döyüş potensialının artırılmasını müzakirə edək, bu, asan məsələ deyil. Söhbət , təkcə təyyarələrin təchizatından getmir.  Burada həm də pilot hazırlığı və logistika məsələlər var", - Sunak deyib.

Baş nazir təsdiqləyib ki, Britaniya yaxın vaxtlarda ukraynalı pilotların təliminə başlayacaq: "Biz bu planları nisbətən qısa müddətdə həyata keçirməyə hazırıq. Bu o deməkdir ki, biz Ukrayna vətəndaşlarına tamamilə döyüşə hazır təyyarə pilotu olmağı öyrədəcəyik. Xüsusən də bu, NATO taktikasına aid olacaq".

Nərgiz,

Sitat.info



Xəbər xətti