Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan ordu ilə qarşıdurmada olan Çevik Dəstək Qüvvələrinin bütün bank hesablarının dondurulmasına qərar verib.
Sitat.info xəbər verir ki, Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan verdiyi fərmanlarla Çevik Dəstək Qüvvələrinə (ÇDQ) bağlı olan 4 ordu zabitini təqaüdə çıxarıb, Mərkəzi Bankın sədri Hüseyn Yəhya Cankolu vəzifəsindən azad edib.
Suverenlik Şurasının sədri Burhan ÇDQ ilə bərabər ona bağlı bütün şirkətlərin də bank hesablarının dondurulmasına qərar verib.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə Sudan ordusu ilə ÇDQ arasında silahlı toqquşmalar baş verib.
Seymur Bənnayev
Sitat.info