İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Türkiyədə keçirilən ümumi seçkilərdə yüksək fəallığı "demokratiyanın qələbəsi" kimi qiymətləndirərək türk xalqını təbrik edib.
Sitat.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Türkiyədə keçirilən ümumi prezident və 28-ci dönəm millət vəkili seçkiləri ilə bağlı açıqlama verib.
“Qonşu müsəlman ölkəmizdə keçirilən prezident və parlament seçkilərində xalqın yüksək fəallığı və seçkilərin uğurla keçirilməsi demokratiyanın qələbəsinin təzahürüdür”, - deyə Kənani bildirib.
Bu qələbə münasibətilə türk xalqını, seçkinin təşkilatçılarını, ölkə liderlərini və siyasi partiyalarını təbrik etdiyini ifadə edən Kənanib onlara ən yaxşısını arzuladığını qeyd edib.
Seymur Bənnayev
Sitat.info