ABŞ: Dinc şəkildə tələblərini qutuya qoyan türk xalqını təbrik edirik

22:31 15 May 2023

Ağ Ev dünən Türkiyədə keçirilən Prezident və 28-ci Dövr Parlament Seçkiləri ilə bağlı "Tələblərini dinc şəkildə qutuya qoyan türk xalqını təbrik edirik" açıqlamasını verib.

Sitat.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Türkiyədə dünən keçirilən Prezident və 28-ci Dövr Parlament Seçkilərinin nəticələrini yaxından izlədiklərini ifadə edən Kirbi: "Tələblərini sülh yolu ilə qutuya qoyan türk xalqını təbrik edirik",- deyə bildirib.

"Prezident (Joe) Bayden qalib gələn şəxslə işləməyi səbirsizliklə gözləyir", -  deyən Kirbi türk xalqının seçkilərə gedərək vətəndaşlıq borcunu ciddiyə aldığını vurğulayıb.

Seçki prosesinin hələ də davam etdiyinə diqqət çəkən Kirbi, məsələ ilə bağlı erkən açıqlama vermək istəmədiklərini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti