Xızıda qardaşının arvadını boğub öldürməkdə təqsirləndirilən Taleh Qurbanov məhkəmə qarşısına çıxarılıb.
Sitat.info apa-ya istinadən xəbər verir ki, Xızı Rayon Məhkəməsinə göndərilən təqdimatda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi istənilib.
Məhkəmə istintaq orqanının təqdimatını təmin edib.
Qərara əsasən, Taleh Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, öldürülən Ləman Qurbanova 2022-ci ilin sentyabr ayında Ermənistanın təxribatının qarşısını alarkən şəhid olmuş kapitan Saleh Qurbanovun həyat yoldaşıdır. Ləman Qurbanovanı öldürməkdə təqsirləndirilən Taleh Qurbanov şəhidin qardaşıdır.
Hadisə mayın 13-ü saat 18 radələrində Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Həmin gün 1999-cu il təvəllüdlü Ləman Qurbanovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1984-cü il təvəllüdlü Taleh Qurbanovun qohumu Ləman Qurbanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xızı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə şübhəli şəxs qismində saxlanılan Taleh Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.