Məşhur şirkət 11 min işçini ixtisar edir

12:31 16 May 2023

Böyük Britaniyada yerləşən beynəlxalq telekommunikasiya şirkəti Vodafone üç il ərzində 11 min nəfəri işdən çıxaracaq.

Sitat.info xəbər verir ki, Vodafone-un VOD.L-in yeni baş direktoru Margherita Della Valle üç il ərzində 11 min insanı işdən çıxaracaqlarını açıqlayıb.

Valle, təxminən 100 min nəfərin çalışdığı Vodafone-un dəyişimə ehtiyacı olduğunu ifadə edib.

Şirkət bu il sərbəst pul axınının 1,5 milyard avro azalacağını və yeni maliyyə ilində mənfəətdə çox məhdud artım olacağını proqnozlaşdırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti