Xaricdə ən çox türk seçicinin yerləşdiyi Almaniyada seçki qutusundan prezident Ərdoğanın adı çıxıb. Seçicilərin 65 faizindən çoxu Ərdoğana səs verdiyi halda, Kılıçdaroğluna səs verənlərin nisbəti 32,61 faiz olub. Parlament seçkilərində Almaniyada vətəndaşların əksəriyyəti AK Partiyaya və Xalq Alyansına üstünlük verib.
Sitat.info xəbər verir ki, səs verən 732 min seçicinin 65,4 faizi prezident Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyi halda, Kamal Kılıçdaroğluna səs verənlərin nisbəti yüzdə 32,61 olub.
Almaniyada 17 seçki mərkəzinin hamısında ən çox səs toplayan namizəd prezident Ərdoğan olub.
Essen Baş Konsulluğu bölgəsində və Düsseldorf, Münster və Kassel bölgələrində əhalinin 70%-dən çoxu Ərdoğana səs verib.
Seymur Bənnayev
Sitat.info