Ukraynanın bərpasını Rusiya özü "maliyyələşdirəcək": Rus oliqarxların İsveçrə banklarındakı milyardları donduruldu

19:43 17 Mart 2022

Rusiyalı müştərilər İsveçrə banklarında 213 milyard dollar saxlayır.

SİTAT.İNFO xəbər verir ki, bu barədə "Reuters" İsveçrə Bankçılar Assosiasiyasına istinadən məlumat yayıb. Bu informasiya ilk dəfədir açıqlanır. 

Politoloq Şahin Cəfərli bildirib ki, İsveçrə hökuməti Avropa Birliyi və ABŞ sanksiyalarına qoşularaq bəzi rusiyalı oliqarxların hesablarını dondurub. Nə qədər miqdarın dondurulduğu barədə hələlik məlumat verilmir.

Amma şübhə yoxdur ki, hətta Azərbaycan və Ermənistan kimi kiçik ölkələri, yaxud tam əksinə, Çin kim devi sanksiyalardan yayınmaqda Rusiyaya kömək etməməyə çağıran ABŞ İsveçrə kimi strateji məntəqəni qətiyyən diqqətdən kənarda qoymaz: "Yəni Rusiya dövlətinin 300 milyard dolları ilə yanaşı, rusiyalı oliqarx və məmurların 213 milyard dolları da bu yandan nəzarətə alındı deyə bilərik.  Belə getsə, Ukraynanın bərpası üzrə "Marşall planı"nı Rusiya özü maliyyələşdirəcək".

SİTAT.İNFO



Xəbər xətti