Vardanyan və Babayan qarşıdurması: Xankəndidəki gərginliyin səbəbi nədir?

16:48 31 May 2023

"Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxt Rusiya sülhməramlıları Qarabağa silah daşımağa risk etməzlər. Doğrudur, Laçın postunda ermənilərin, NQXK-nin maşınları yoxlanılır. Amma sülhməramlılarla bağlı dəqiq bilmirəm. Hər halda ayıq-sayıq olmalıyıq". 

Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl deyib. 

O vurğulayıb ki, hazırda Xankəndidə çox böyük gərginlik var: "Ermənistanda hansı vəziyyət hökm sürürsə, onun iki qatı da Xankəndidə yaşanır. Bir müddət öncə Vardanyan gərginlik yaşadırdı. İndi də o var, ancaq Samvel Babayan faktoru da ortaya çıxıb. 15 mayda Babayan mitinq təşkil elədi, gözləyirdi ki, oraya yerli əhali gələcək. Ancaq 5 minə qədər adam getdi. Vardanyan da bunu vurğuladı ki, rəqibinin mitinqinə çox az adam gedib". 

İ.İsmayılın sözlərinə görə, bu durumun əsas səbəbi tərəflərin Ermənistan rəhbərliyinə iddialı olmasıdır: "Gərginliyin səbəbi odur ki, Qarabağda baş verən hadisələr hər zaman Ermənistan hakimiyyəti üçün bir tramplin rolunu oynayıb. Necə ki, Köçəryan və Sərkisyan hakimiyyətə bu yolla gəlmişdilər. Vardanyan projesi də ona hazırlanmışdı ki, burada hansısa uğurlar əldə edəcək və perspektivdə Paşinyanın yerinə keçəcək. İndi Samvel Babayan ortalıqdadır. O çox çılğın, ani qərarlar qəbul edən bir adamdır.  Babayanın məqsədi "dövlət naziri" olmaqdır. Hazırda ən çox aranı qarışdıran odur. Məqsəd odur ki, sülh müqaviləsi imzalanarsa, İrəvanda da, Xankəndidə də qarışıqlıq olacaq və o zaman hakimiyyəti ələ keçirməyə cəhd edəcəklər. Uzunmüddətli perspektivdə Paşinyanın yerinə də iddialı olan bir adamdır". 

Məğrur,

Sitat.info



Xəbər xətti