Rusiyanın hədəfindəki növbəti 3 ölkə: Tanınmış hərbi ekspertdən SENSASİON AÇIQLAMA

21:58 18 Mart 2022

Rusiyalı ekspert, ehtiyatda olan hərbçi İqor Korotçenko Moskvanın planları ilə bağlı şok iddialar səsləndirib.

SİTAT.İNFO  xəbər verir ki, o televiziyadakı şərhi zamanı Rusiyanın gələcək planları barədə fikirlər irəli sürüb. Ekspertin sözlərinə görə, Moskvanın gələcəkdəki hədəflərindən biri Litva, Latviya və Estoniyadır. Onun ehtimalına görə, Rusiya əvvəlcə hərbi sistemlərə "radio-elektron hücum" təşkil edərək, NATO radarlarını sıradan çıxaracaq. Ardınca isə həmlələr ediləcək. Rusiyanın düşməni necə məğlub edəcəyinin yollarından danışan ekspert deyib ki, İsveçin Qotland adasına Rusiyanın hərbi təyyarələri enəcək.

“Bölgəyə S-400 sistemləri və hücum silahları yerləşdiriləcək. Baltik dənizi tamamilə Rusiyanın hədəfində olacaq” - Korotçenki deyib.(Mətbuat.az)



Xəbər xətti