Hərbi eskpert: "Dövlət Sərhəd Xidməti bütün avtomobilləri həm vizual, həm də skaner vasitəsi ilə yoxlayırlar"

19:38 9 İyun 2023

"Bütün baş verənlər, indiyə qədər baş verənlərin davamıdır və biz bundan təəccüblənməməliyik".

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Müdafiə Nazirliyinin Xankəndi, Kərkicahan, Xəlfəli yolunda "BTR-82A"-nın yaydığı görüntüləri var. O cümlədən kamazlar və s. digər texnikalar: "Bütün bunlar hamısı daxildədir. İstəmirəm ki, bizim izləyicilərimiz yalnış anlasınlar. Bəzi dostlarımız da nədənsə bəzən bizim izləyicilərə qeyri-dəqiq mulamatlar verirlər. Yəni güya Ermənistandan silah-sursat daşınır, Rusiya sülhməramlılarının avtomobili yoxlanmır və s. Belə bir şey yoxdur. Dövlət Sərhəd Xidməti bütün avtomobilləri həm vizual, həm də skaner vasitəsi ilə yoxlayırlar və onlar daha sonra Azərbaycan ərasizinə daxil olurlar və yaxud da əksinə, Azərbaycan ərazisindən Ermənistan ərazisinə keçirlər. Hətta biz  sərhədçilərimizə təşəkkür etməliyik ki, onlar Ermənistanın hərbi qulluqçusunun Qarabağa keçməyinin qarşısını alıblar".

Hərbi eskpert vurğulayıb ki, bir neçə gün bundan əvvəl belə bir hadisə olmuşdu: "İndi daxildə Rusiya sülhməramlıları bu separatçıları hazırlayırlar. Onları gah Xocalıya, gah Şuşa ətrafında strateji əhəmiyyətli mövqelərə yaxın yerlərə daşıyırlar və yerdəyişmələr həyata keçirirlər. Bilirsiz dünən Arayik Harutyunyanla Ruben Vardanyan yenə bir araya gələrək bəzi məsələləri müzakirə ediblər. Bir sözlə, hazırlaşıblar. Yəni məlumat var ki, bu gün Paşinyan ilə Putin Soçidə görüş keçirirlər. Paşinyanın üç günlük Moskva səfəri var. Vaşinqtonda planlaşdırılan görüş isə təxirə salınıb. Hər halda nə üçünsə hazırlaşırlar, amma yaxşı bir şeyə hazırlaşmırlar. Yəni biz bunu nəzərə almalıyıq və tədbirlər görməliyik. Çünki Azərbaycan ordusunun mövqeləri ilə üzbə-üz mövqelərdə bunlar uzun müddətli mühəndis-istehkam işləri həyata keçirirlər. Bu o deməkdir ki, orda onlara qarşı istifadə oluna biləcək ağır silahlardan, tutaq ki, tanklardan, artilleriyadan, minaatanlardan atəş aça biləcəyimiz ehtimalını düşünüb orda stasionar yerlər hazırlayırlar. Bir var modul tipli yerdəyişmə imkanı olan mövqelər, bir də var ki, bunlar oraya uzunmüddətli müdafiə avadınlıqları və ya qurğularını yerləşdirirlər".

O qeyd edib ki, bütün bunlar onların hələ çox ciddi fikir və məqsədlərinin olduğunu göstərir: "Rusiya sülhməramlıları da bu işdə onlara çox fəal şəkildə kömək edir".

Səid

Sitat.info



Xəbər xətti