"NATO-nun Ukraynaya dəstəyi bundan sonra da davam edəcək. Çünki Ukraynada baş verənlər sadəcə Ukraynanın deyil, eyni zamanda NATO-nun da imici, imkanları deməkdir. Bu nöqteyi-nəzərdən düşünürəm ki, əlbəttə ki, NATO bu prosesə birbaşa müdaxilə etməsə də sona qədər Ukraynanın yanında olacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O hesab edir ki, bu tarixi bir şansdır ki, NATO potensial rəqibi olan, özünü SSR-nin varisi sayan Rusiyanın zəiflətsin: "Bunun üçün də NATO Ukraynaya hərtərəfli dəstək göstərməkdə davam edəcək. Bu dəstəyə silah-sursatın verilməsi, Ukrayna hərbçilərinə təlim keçilməsi və s. daxildir".
Hərbi ekspert düşünür ki, keçiriləcək sonuncu aviasiya koalisiyası deyilən görüşdə "F16" məsələləri də həll olunacaq: "Bir sözlə, bundan sonra NATO yenə də bütün varlığı ilə Ukraynaya dəstəyini davam etdirəcək. Bu artıq bir şərəf məsələsi, həm də NATO üçün unikal bir imkandır ki, Rusiya kimi hegemon, millitarist və şovinist bir dövləti yerində otuzdursun".
Ü. Cəfərov qeyd edib ki, yaxın aylarda NATO-nun Ukraynaya verdiyi dəstəyin nəticələrini görəcəyimizə inanıram: "Artıq bunun üçün əks-hücumlar başlayıb və nəticələri də görünür. Ukrayna Donetsk istiqamətində bir sıra ərazilərini zad edib".
Seymur Bənnayev
Sitat.info