"Ölkə başçısı təqdimat verib, layiq bilib, sizi hansısa məqama qoyubsa, o məqamı şöhrətləndirmək və gücləndirmək artıq sizin əlinizdədir.
Ümumiyyətlə, səhiyyə naziri niyə deməlidir ki, dərmanlar bahadır. Dərmanlar bahadırsa, bu kimin günahıdır? Xalqın günahı deyil ki... Əgər sizdə belə bir nəzarət sistemi varsa, nəzarət eləməlisiniz. Yoxdursa, bunları qurmalısınız. Siz bu ölkənin səhiyyə nazirisiniz. Bunun qarşısını biz almalı deyilik ki..."
Sitat.info xəbər verir ki, bu sözləri Sitat TV-nin canlı yayınında Azərbaycan Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
T.Rüstəmxanlının həmin videoçıxışını təqdim edirik:
Məğrur,
Sitat.info