Məşhur ukraynalı “qanuni oğru”, vaxtı ilə “Lotu Quli” klanının üzvü olmuş “Nedelya” ləqəbli Andrey Nedzelski zirehli avtomobilini orduya bağışlayıb.
Gundem.az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, “Nedelya”nın zirehli “Qalanvaqen”i “Kord” xüsusi təiynatlı döyüşçülərin ixtiyarına verilib.
“Nedelya” Lotu Qluiyə yaxınlığı ilə seçilsə də, başqa bir Azərbaycan əsilli avtoritet “Oleq Bakinski” ləqəbli Oleq Krapivinlə qatı düşməndilər. Krapivin hazırda Kiyevdə yaşayır. Uzun illərdir ki, “Nedelya”nın təsir imkanlarını azaltmaqla məşğuldur.
Əslində, Ukraynada iki güclü klan bir-biriylə ciddi münaqişədədir. Bunlardan biri “Umka” ləqəbli oğrunun başçılıq etdiyi Dnepr, ikincisi isə Qərbi və Mərkəzi Ukraynaya nəzarət edən “Nedelya”nın klanıdır.
Xatırladaq ki, bir müddət əvvəl azərbaycanlı kriminal avtoritet, “Oleq Bakinski”nin (Oleq Krapivin) qızının toyunda insident yaşanmışdı. Məhz həmin mərasimdən bir-iki saat əvvəl “Nedelya” mərasimin keçirildiyi “Fairmont Grand” hotelindəki otaqlardan birində hazırda həbsdə olan “Şakro Moldoy” ləqəbli Zaxari Kalaşovun klanının üzvləri tərəfindən döyülmüşdü.
Həmin vaxt isə “Lotu Quli” buna etiraz etmiş, onların cəzalandırılacağını bildirmişdi. Amma onun ölümü buna imkan verməmişdi.