Lənkəranda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb

15:48 11 Avqust 2023

Lənkəran rayonunda 12 yaşlı qız boynunun sınması nəticəsində ölüb.

Sitat.info-nun məlumatına görə, bədbəxt hadisə şəhərin Heydər Əliyev prospekti bina 17/3 ünvanında qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü İsmayılova Ləman Elnur qızı qardaşı ilə oynayarkən ehtiyatsızlıqdan xəsarət alıb və boynu sınaraq ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

//Report



Xəbər xətti