Suriyanın şimal-şərqindəki Deyr əz-Zorda terror təşkilatı DEAŞ Suriya əsgərlərinin olduğu avtobusa atəş açıb. Terror təşkilatı DEAŞ-ın hücumunda 23 Suriya əsgərinin həlak olduğu bildirilib. Hücum İŞİD-in "bu ilin ən ölümcül hücumu" kimi qiymətləndirilib.
Sitat.info xəbər verir ki, İngiltərə mərkəzli Suriya İnsan Haqları Müşahidə Qrupu tərəfindən edilən açıqlamada DEAŞ-ın hücumlarının artdığına diqqət çəkilib.
Seymur Bənnayev
Sitat.info