Avropa Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq

09:30 17 Avqust 2023

"Qarabağ" bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Sitat.info xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq.

"Bolt Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası, III təsnifat mərhələsi

Cavab oyunu

20:00. HİK - "Qarabağ"

Baş hakim. Villi Delajod (Fransa)

Helsinki. "Bolt Arena"

Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.



Xəbər xətti