Tanınmış futbolçumuz Türkiyədə vəfat etdi

14:56 25 Avqust 2023

Azərbaycan futboluna ağır itki üz verib.

Sitat.info xəbər verir ki, Şəhriyar Rəhimov dünyasını dəyişib.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi.

Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu.

Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.



Xəbər xətti