Qrup mərhələsindən əvvəl son oyunumuzdur. İlk matçda qələbə qazansaq da, sabah ciddi olmalıyıq.
Sitat.info xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" komandasına qarşı keçirəcəkləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis rəqibin öz oyun üslubunun olduğunu bildirib:
"Onların çempionat matçına da baxdıq. Məğlub olsalar da, daha çox şansları oldu və bundan yararlana bilmədilər. Sərfəli nəticə üçün çalışmalıyıq".