Azərbaycanın U-21 yığmasının Serbiya ilə oyun üçün heyəti açıqlanıb

12:15 4 Sentyabr 2023

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2025-in seçmə mərhələsində Serbiya ilə keçirəcəyi ilk oyun üçün heyəti açıqlanıb.

Sitat.info xəbər verir ki, baş məşqçi Samir Əliyev U-21-in düşərgəsinə 23 futbolçu dəvət edib.

Onlardan 5-i ölkə xaricində legioner həyatı yaşayır.

U-21-in heyəti: Rza Cəfərov, Hüseyn Babayev, Fərid Yusifli (hamısı “Neftçi”), Rüstəm Samiqullin, Seymur Məmmədov, Camal Cəfərov, Elçin Qasımov (hamısı “Sabah”), Rüfət Əhmədov (“Kəpəz”), Abdulla Rzayev, Mirəli Əhmədov (hər ikisi “Araz-Naxçıvan”), Süleyman Damadayev, Samir Məhərrəmli (hər ikisi “Şamaxı”), Ayxan Süleymanlı (“Sumqayıt”), Nazim Həsənzadə (“Zirə”), Veysəl Rzayev (“Turan Tovuz”), Zeynəddin Abdurahmanov, Samir Abdullayev (hər ikisi “Səbail”), Mehrac Baxşalı (“Qəbələ”), Eldar Tağızadə (“CD Luqo”, İspaniya), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Ramin Nəsirli (“Dauqavplis”, Latviya), Murad Vəliyev (“Levadiya”, Estoniya), Mustafa Yıldırım (“İğdırspor”, Türkiyə).

Qeyd edək ki, sentyabrın 12-də Stara-Pazovada keçiriləcək Serbiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.



Xəbər xətti