Avropa Rusiyanın qaz asılılığından çıxa biləcəkmi? Vüqar Bayramovun ŞƏRHİ

10:18 4 Aprel 2022

"Rusiya Ukrayna müharibəsində gərginliyin daha da artması səbəbindən Qərb Moskvaya qarşı yeni sanksiyaları müzakirə edir. Avropa İttfiaqının Rusiya qazından imtina məsələsi də müzakirə edilən mövzulardandır. Hazırda Rusiya Avropanın qaz idxalının 45, ümumi istehlakının isə 40 faizini formalaşdırır.

Qədim qitəinin qaz ehtiyatları yüksək qiymətləndirilməsə də Brüssel bu məsələdə daha radikal addımlar ata bilər".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri deputat, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Mərkəz və Şərqi Avropa ölkələri qaz ehtiyatları baxımdan daha riskli zona hesab olunur: "Mələsən, Çex Respublikasının cəmi 34 günlük qaz ehtiyatları var. Doğrudur, havaların istiləşməsi Avropaya manevr imkanları verir. Bununla belə, azalan və ya imtina edilən idxalı qısa zamanda başqa mənbələr hesabına kompensasiya etmək çox çətindir".

Deputat vurğuladı ki, digər tərəfdən, Rusiya üçün də enerji məhsullarının, o cümlədən qazın ixracatı əsas gəlir mənbələrindən biridir: "2021-ci ildə Rusiyanın neft ixracatından gündəlik gəliri 350 milyon dollar olub. Qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib. Deməli, söhbət illik 70 milyard dollar yaxın valyutanın itirilməsindən gedir. Görünən budur ki, tərəflər “va-bank” getməkdən belə çəkinmirlər. Tunelin sonunda isə hələ də “işıq” görsənmir".

SİTAT.İNFO



Xəbər xətti