Serbiyanın Çaçak şəhərində boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirində yarımfinal mərhələsinin döyüşləri keçirilib.
Sitat.info xəbər verir ki, yığmamızın bir idmançısı finala yüksəlib.
60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) yarımfinalda serbiyalı Stefan Kamoviçi məğlub edib. O, 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə qələbə qazanıb. Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.
Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcəy”i bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, üçüncü yeri tutublar.
Qeyd edək ki, yarışa 15 ölkə qatılıb.