Ötən gün SİTAT TV-nin efirində aparıcı Nərgiz Liftiyevanın təqdimatında yayımlanan "Canlı Gündəm" verilişində politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qonaq olub.
O Brüssel görüşündən danışaraq, Qarabağ məsələsinin Rusiyanın monopoliyasından çıxarılmasının vacibliyini vurğulayıb.
O cümlədən, erməni silahlıları ilə bağlı məsələ yaxın vaxtlarda həllini tapmazsa, bu problemi Azərbaycan ordusunun özünəməxsus şəkildə, Fərrux yüksəkliyində olduğu kimi çözəcəyini deyib.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə biləriniz.