Rusiya əsrlərdir Ermənistanda və yaxud Ermənistan adlanan ərazilərdə kök atıb. Prosesləri 1991-ci ildən saysaq, Sovetlər Birliyinin dağılması, 15 respublikanın müstəqilliklərini bərpa etməsindən bu yana Rusiya Ermənistanın orada hamisidir. Yəni Ermənistanın iqtisadiyyatı, siyasəti, hərbisi - hamısı Rusiyanın nəzarətindədir. Hələ mən ermənilərin Rusiyada güclü diasporasının, bir milyondan çox erməninin Rusiyada yaşamasının, Ermənistanın Rusiyanın biznesi, ticarəti, iqtisadi baxımdan əhəmiyyətli noqtələrdən biri olmasının da bu asılılıqda təsiri var. Paşinyan birdən-birə, belə rahat şəkildə Rusiyanı çıxarda bilməyəcək. Saakaşvili belə bunu edə bilmədi. Paşinyanı edə biləcəkmi? Təbii ki yox".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi, Ağ Partiya başqanının müavini Tural Abbaslı deyib.
O bildirib ki, burada bəzi psixoloji nöqtələr var: "Görünən tərəfinə baxsaq, həqiqətən də Paşinyanın anti- rus mövqeyini, Rusiyanı Ermənistandan çıxarmağa çalışdığını biz görərik. Amma hələlik bunu görmürük. Çünki, Ermənistan hələ də, KTMT-nin üzvüdür. Gümrüdəki hərbi baza qalmaqdadır və Ermənistanın Türkiyə ilə sərhədlərini rus hərbçiləri qoruyur. Bu üç məsələdə Rusiya Ermənistanda hərbi mövcudiyyətini qoruyub saxlayır. Paşinyan KTMT-nin iclasına getməsə də, hələlik KTMT- dən çıxmaq, Avrasiya İttifaqından çıxmaq məsələlərini qaldırmayıb. Hə, sabah onu iqtidara gətirən, ona dəstək verən Qərb qüvvələri bu məsələdə ondan tələb etsələr və o məcburi şəkildə bunu etsə, bu başqa məsələ. Amma hələlik biz bunu görmürük".
Ə.Məmmədli vurğuladı ki, konkret olaraq Paşinyanın Rusiyanı Ermənistandan çıxarmaq fikrində olduğunu düşünmür: "Paşinyan yenə oyun oynayır və eyni vaxtda bir neçə stulda oturmaq siyasəti yürüdür.
Amma bu, sona qədər onda alınmayacaq, çünki maraqlı tərəflər də ondan mövqe gözləyəcək. Qərb gözləyəcək ki, sən konkret Rusiyanı çıxart, Paşinyan bu iradəni özündə görəcəkmi? Əgər etsə, bu bizim maraqlarımıza cavab verir. Təbii, mən istərdim Rusiya Cənubi Qafqadan çıxarılsın. Bununla Moskva və İrəvan arasında məsələlər tam pik nöqtəsinə çatacaq və Moskva da elə- belə Ermənistandan çıxan deyil, çıxsa belə Ermənistanı cəzalandıracaq. Ən azı cəzalandırmağa cəhd edəcək və bu da bizim maraqlarımıza cavab verir. Bu olmayana qədər hələlik Paşinyan eyni siyasəti yürütməkdə davam edəcək. O, hakimiyyətə gələndən bir neçə stulda eyni vaxtda oturmaq siyasətini davam etdirir."
Nərgiz,
Sitat.info