"Qaz limiti bir çox ailələrdə yanvar-fevral aylarında bitir" - Razi Nurullayev

17:44 27 Noyabr 2023

"İnsanların qaz limiti ilə bağlı təbii ki, problemi var. Açıq şəkildə demək lazımdır ki, qaza tətbiq edilən limit bir çox ailələrdə demək olar ki, yanvar- fevral ayında bitir, Ondan sonra artıq adi qaydada, daha yüksək tariflərlə ödəməli olurlar. İndi ola bilsin ki, hansısa  ailənin birotaqlı mənzili var. O da gündə bir dəfə yandırır, sonra söndürür və bu şəkildə idarə etməyə çalışır. Bu halda limiti üç-dörd ay da saxlaya bilər. Amma ümumilikdə  bu il boyu tətbiq olunan güzəştli tarif limiti hər bir ailəyə bir il ərzində çatmır. İki-üç aydan sonra bir çox ailələrdə limit bitir".

Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, xüsusən də Azərbaycanda hazırda mərkəzləşmiş istilik sistemi yoxdur: "Mərkəzi İstilik sistemi bəzi yerlərdə və xüsusə şəhər mərkəzlərində, binalardadır. Orada da insanlar xidmətdən, istilikdən heç razı deyillər. Çünki gah bir gün işləyir, iki gün dayanır, iki gün işləyir, bir gün dayanır. Yaxud istilik lazımi qədər olmur. Çünki onlar da gərək Sovetdən qalan texnologiyaları və xətlərini dəyişsinlər. Müasir tipli istixanalar qurulmalıdır ki, binaları doğru-düzgün istiliklə təmin etmək olsun".

Nərgiz,

Sitat.info



Xəbər xətti