"Birmənalı olaraq uşaqların istər müəllimlər tərəfindən, istər valideynlər tərəfindən fiziki tənbehə məruz qalması qadağandır. Bu birmənalı olaraq yolverilməzdir".
Bu sözləri Sitat.info-ya açıqlamasında filosof Mail Yaqub deyib.
O bildirib ki, uşaq nə qədər şuluq salsa da, nə qədər nadinclik etsə də, müəllimin ixtiyarı yoxdur uşağa fiziki güc tətbiq etsin: "Bu barbarlıqdır, biabırçılıqdır, vəhşilikdir. Məsələnin, digər tərəfi odur ki, məktəbdə müəllimləri incidən uşaqlar da var. Bu da ayrı bir dərddir. Bunun səbəbi, günahkarı isə 70 -80 faiz hallarda valideynlərdir. Valideyn uşağına baxmır, onun tərbiyəsinə diqqət ayırmır. Evdə valideyn elə düşünür ki, əgər mənim maddi imkanım böyükdürsə, onda hər şeyə qadirəm. Ona görə uşağını o vəziyyətdə məktəbə buraxır. Uşaq məktəbdə aləmi bir birinə qatır, əlbəttə bəzi uşaqlardan söhbət gedir. Təbii ki, bu tip uşaqlar bu da başqa bir dərdimizdr"i
Mail Yaqub qeyd edir ki, uşağın hərəkətlərinə görə valideyn məsuliyyət daşıyır: "Bizim uşağa kim nəzarət etməlidir? Əlbəttə ki, valideyn! Uşaq hardan çıxır? Təbii ki, evdən, valideynin yanına çıxıb məktəbə gəlir. Valideyn də uşağa baxmırsa, uşağın tərbiyəsinə diqqət ayırmırsa, onda o problemi uşaq daşıyır. Məktəbdə həmyaşıdlarıyla dava salır, müəllimlə dirəşir və s. Burada da valideynlər mütləqdir ki, dövriyyəyə girsin. Valideynlər əsas rol oynayır. Amma dediyim kimi, uşaqları fiziki tənbeh etmək birmənalı olaraq qadağandır. Bu, biabırçılıqdır".
Nərgiz,
Sitat.info