İrəvandan Kremlə sərt təpki: İxracın qarşısını aldığına görə görün nə etdilər...

18:47 29 Noyabr 2023

Ermənistan kənd təsərrüfatı məhsullarının ixracının qarşısını aldığını əsas gətirərək Rusiyanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) münasibətini gündəmə gətirib.
Sitat.info xəbər verir ki, Armenpress-in məlumatına görə, Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bu yaxınlarda Gürcüstan-Rusiya sərhəd qapısından kənd təsərrüfatı məhsulları ilə yüklənmiş 60-dan çox avtomobilin geri qaytarıldığını və Aİİ-nin təcili iclasını  çağırdıqlarını bəyan edib.

Erməni istehsalçılarının Aİİ qaydalarına və keyfiyyətinə güzəştə getmədiyini əsas gətirən Kerobyan Rusiyaya məhsul aparan yük maşınlarının sərhəd qapısından geri göndərildiyini bildirib.

Rusiya Qida Təhlükəsizliyi Təşkilatının (Rosselxoznadzor) münasibətini araşdırdıqlarını ifadə edən Kerobyan deyib ki, çox maraqlıdır, Rusiya  bir il ərzində cəmi 35 erməni TIR-dan imtina edib. Onların da eyni sayda avtomobili yoldan keçməyib. 

Aİİ-nin fövqəladə iclasının iki gündən sonra keçiriləcəyini deyən Kerobyan sərhəddə Ermənistan məhsulları daşıyan çoxlu yük maşınlarının gözlədiyini bildirib

Rusiya Qida Təhlükəsizliyi Təşkilatının verdiyi açıqlamada Ermənistandan yoluxmuş məhsulların tədarükündə kəskin artım olduğu və Ermənistandan tədbir görməsini xahiş etdiyini  bildirilib.

Ayna,

Sitat.info



Xəbər xətti