Rusiya Çindən təhlükəli asılılığı: "Moskva gələcəyini girov qoyur"

19:10 29 Noyabr 2023

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Rusiya siyasi baxımdan təkcə Ukraynada deyil, həm də Qafqaz və Mərkəzi Asiyada öz təsirini itirir. Getdikcə Çindən asılı vəziyyətə düşür. Moskva hər il öz gələcəyini Pekinə girov qoyur"
Sitat.info xəbər verir  ki, NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-Rusiya müharibəsi, Ukraynanın NATO-ya üzvlük prosesi və müttəfiqlərin Ukraynaya yardımının müzakirə edildiyi görüşdən sonra mətbuata açıqlama verib. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə məhsuldar görüş keçirdiklərini deyən Stoltenberq gələcək il üçün iddialı iş proqramını təsdiqlədiklərini bildirib.

“Ukrayna irəliləyərkən Rusiya geridə qaldı. İndi siyasi, hərbi və iqtisadi baxımdan daha zəifdir. Siyasi baxımdan Rusiya təkcə Ukraynada deyil, həm də Qafqazda və Mərkəzi Asiyada öz təsirini itirir. Rusiya getdikcə Çindən asılı vəziyyətə düşür. Hər il Moskva öz gələcəyini Pekinə girov qoyur. Hərbi cəhətdən Rusiya adi qüvvələrinin əhəmiyyətli bir hissəsini itirdi. Yüzlərlə təyyarə, minlərlə tank və 300 mindən çox insan itkisi var" - Stoltenberq deyib.

Rusiyanın da iqtisadi təzyiq altında olduğunu vurğulayan Stoltenberq əlavə edib: “Neft və qaz gəlirləri azalır. Rusiya banklarının aktivlərinə qarşı sanksiyalar tətbiq edilir. Mindən çox xarici şirkət ölkədə fəaliyyətini dayandırıb və ya azaldıb. Ötən il Rusiyanı 1,3 milyon insan tərk edib. Bütün bunlar Putinin Ukraynaya təcavüzü ilə bağlı strateji səhvini ortaya qoyur. 
 Rusiyanın Ukraynadakı hədəfləri dəyişməyib. Rusiya qış mövsümündən əvvəl böyük bir raket ehtiyatı yaratdı. Biz Ukraynanın elektrik şəbəkəsinə və enerji infrastrukturuna yeni hücum cəhdlərini görürük. Biz Ukraynanı qaranlıqda görmək istəmirik, amma Rusiya Kiyevi soyuğa təslim etməyə çalışır".

NATO-nun hərtərəfli yardım paketini çoxillik yardım proqramına çevirdiklərini deyən  Stoltenberq  bildirib ki, bu, Ukraynanın sovet dövründən imtina edib,  NATO avadanlıq və standartlarına keçməsinə kömək edəcək". 
Ukraynanın üzvlük prosesi də müzakirə edilib. NATO-nun baş katibi  deyib ki, müttəfiqlər Ukraynanın NATO-ya üzv olmasına razıdırlar: "Biz Ukraynanın korrupsiyaya qarşı mübarizə, qanunun aliliyinin gücləndirilməsi, insan haqları və azlıqların hüquqlarının dəstəklənməsi kimi prioritet islahatları ilə bağlı tövsiyələr verdik. Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır. Biz onları üzvlük yolunda dəstəkləməyə davam edəcəyik. Biz Ukraynanın azadlıq mübarizəsini dəstəkləməyə davam edəcəyik".

Məğrur,

Sitat.info



Xəbər xətti