"Təhsil müəssisələrində 1 həftəlik fasilə elan olunmalıdır" - Ekspert qızılca təhlükəsindən yazdı

13:11 30 Noyabr 2023

"Çox təəssüf ki, hazırda şagirdlər arasında qızılca xəstəliyinə tutulmuş şəxslərin sayı artır. Ağır xəbər odur ki, iki şagird bu xəstəlikdən dünyasını dəyişib.

İnsanlar hələ də başa düşmək istəmir ki, biz pandemiya dövründə yaşayırıq. Koronavirus infeksiyası bitməyib və indi müxtəlif xəstəliklər formatında insanlara bulaşır".

Bu sözləri Sitat.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. 

 O bildirib ki, biz məktəblərin mütəmadi olaraq dezinfeksiya işlərini həyata keçirməliyik, hansısa əlamət müşahidə olunan şagirdi nəzarətə almalıyıq: "Ən əsası məktəblərdə tibbi xidmətin keyfiyyətini yüksəltməliyik. Mövsümü xəstəlikləri də nəzərə alsaq, məktəbdə şagirdlər arasında vəziyyətin ürəkaçan olmadığını görə bilirik".

Ekspert hesab edir ki, ölkədə qızılcaya yoluxmanın artdığı dövrdə, əhatə dairəsinin genişlənməməsi, yoluxanların fəsadlarının təhlükəli həddə çatmaması üçün bütün təhsil müəssisələrində 1 həftəlik fasilə verilməlidir: "Çünki təkcə orta məktəblərdə yox, həmçinin universitet tələbələri arasında yoluxma halları baş verib".



Xəbər xətti