Azərbaycanda prezident seçkisi niyə 1 il önə çəkildi - TƏHLİL

13:21 7 Dekabr 2023

"Fikrimcə, prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir. Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Onun fikrincə, Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa İttifaqında da 2024-cü ildə seçkilər keçiriləcək: "Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azərbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur".

Nərgiz,

Sitat.info



Xəbər xətti