Növbədənkənar parlament seçkiləri də elan edilə bilərmi?

13:50 7 Dekabr 2023

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib. Sitat.info xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Seçkilərin 1 il öncə çəkilməsi, eləcə də bu ərəfədə Parlament seçkilərinin də təyin olunub-olunmayacağı ilə bağlı Sitat.info-ya danışan Ağ Partiya başqanı Tural Abbaslı bildirib ki, iki seçkinin eyni vaxta təyin edilməsi çətin məsələdir::

"Növbədənkənar prezident seçkilərinin elan edilməsi Prezidentin səlahiyyətləri çərçivəsindədir. Seçkilərin hansı səbəbdən önə çəkildiyini biz deyə bilmərik, bunu iqtidar daha gözəl bilir. Çünki onlar elan edib. Amma bu ərəfədə parlament  seçkilərinin də elan ediləcəyini gözləmirəm. Çünki hər ikisi ağır seçkilərdir, nə texniki baxımdan, nə siyasi baxımdan eyni anda keçirilməsi mümkün deyil. Hakimiyyət də belə bir addım atmaz. Çünki ölkədə hakimiyyət boşluğu yaranar. O baxımdan prezident seçkiləri ilə paralal parlament seçkilərinin keçirilməsini gözləmirəm. Amma ümumilikdə  2024-cü ildə Parlament seçkilərinin keçirilməsi tam mümkündür".

Məğrur,

Sitat.info 

 



Xəbər xətti