İran prezidenti İbrahim Rəisi Rusiya rəhbərliyi, o cümlədən Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya rəsmi səfərə gəlib.
Sitat.info xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali X səhifəsində bildirib.
Diplomat bildirib ki, İbrahim Rəisi Prezident Vladimir Putinlə görüşmək və söhbət etmək üçün Moskvaya gəlib: "Regional və beynəlxalq hadisələr kontekstində ABŞ və Qərbin hegemonluğuna qarşı Tehran və Moskvanın qarşılıqlı fəaliyyəti yeni dünya nizamının formalaşması prosesinə, eləcə də ətraf regionun sabitliyi və təhlükəsizliyinə mühüm töhfə verir".
Dövlət başçıları arasında danışıqların mövzuları daha əvvəl məlum olub. İran prezidentinin sözlərinə görə, dövlət başçıları Fələstin məsələsini, Qəzza zolağının bombalanmasının dayandırılması səylərini, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ITC) layihəsini müzakirə edəcəklər.
Nərgiz,
Sitat.info