Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada ABŞ prezidenti Co Baydenin Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbinin Senatda rədd edilməsini dəyərləndirib.
ABŞ rəhbərliyinin Ukraynaya dəstəyin təşviq edilməsində liderlik etdiyinə diqqət çəkən Peskov bu sözləri deyib: "Əlbəttə, ABŞ daxilindəki bu cür ziddiyyətlər avropalıların əhval-ruhiyyəsində də özünü göstərə bilər. Biz çox təəssüf edirik ki, ABŞ administrasiyası Rusiyadan öz daxili işlərində istifadə etmək vərdişini davam etdirir. Bu halda o, Senat üzvlərinə Amerika vergi ödəyicilərinin pullarını Ukraynadakı müharibəyə ayırmağa təsir etmək üçün Rusiyanı gözdən salmağa çalışır. Biz bunu düşünürük, arzuolunmaz yanaşmadır. Amerika Senatının üzvləri arasında kifayət qədər zehinli insanlar var”.
ABŞ Konqresində Ukraynaya yardımla bağlı sərt müzakirələr davam edərkən, Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 5-də Senat üzvlərinə verəcəyi brifinqi son anda ləğv edib və qərarın səbəbi ilə bağlı dəqiq açıqlama verməyib.
ABŞ prezidenti Co Bayden 14 milyard dolları İsrailə və 61 milyard dolları Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələb etmişdi. Baydenin tələbi Senatda rədd edilib.
Ağ Ev və bəzi Ukrayna rəsmiləri xəbərdarlıq edir ki, ABŞ-ın Ukraynaya yardımı olmadan Rusiya ilə müharibə məğlub ola bilər.
Məğrur,
Sitat.info