"Ana körpəsini taksidə qoyub qaçıb, uşaq polisə təhvil verilib və bir gün sonra "ana" tapılıb. Hadisənin qısa xronologiyası belədir... Körpələrin küçəyə atılması ilk hadisə deyil, təki sonuncu olsun!".
Bu sözləri Sitat.info-ya açıqlamasında pediatr Vaqif Qarayev deyib.
O bildirib ki, həmişə belə hadisələrin müzakirəsi zamanı əsasən əks cins, yəni kişilər hədəfə gətirilir, amma bu düzgün deyil: "Ya da qadının affekt vəziyyətdə olduğu güman edilir. Amma sonda heç bir mülahizə və fərziyyə özünü doğrultmur. 2-3 gün müzakirələr aparılır, sonra bu məsələ unudulur".
Pediatr qeyd edib ki, analıq instinkti təkcə insana aid deyil və təkcə doğuş vaxtı yaranmamalıdı: "Hamiləlik dövrü çox vacibdir. Ondan da vacibi budur ki, qızlarımızı gələcəyin anası kimi böyütməliyik. Təhsil öz yerində, amma qızlar bioloji olaraq gələcəyin ANAsıdır!"
V.Qarayev sonuncu hadisəyə diqqət çəkib: "8-ci sinif şagirdini nişanlayıblar. O uşaqdan ANA olacaqmı? Analıq instinkti yaranacaqmı? İnandırıcı deyil. Atılmış körpələrə faciə yaşadan bizik, özümüz, biz böyüklər! Çünki feodal düşüncədən qopa bilmirik!".
Nərgiz,
Sitat.info