Putinin Qarabağla bağlı çıxışları Ermənistana yönəlib- İlham İsmayıl

15:12 15 Dekabr 2023

Rusiya Prezidenti Vladimir Putinin Qarabağla bağlı çıxışı yenidən sərt reaksiyalara səbəb olub. O, bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb.

Rusiya prezidenti əlavə edib ki, Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir: "Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların belə bir qərar verməyə hazırlaşdıqları məlumatı verilməyib".

Sitat.info-ya açıqlamasında Putinin sözlərini dəyərləndirən təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, Putinin bu sözləri Paşinyanı çətin vəziyyətə salmağa yönəlib: "Müharibə bitəndən 3 il sonra Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycanın tərkib hissəsini tanımasından sonra, uzun müddət danışıqlar Kremlin təkifdi ilə dayandırıldı. Ardınca Putinin şantaj xarakterli çıxışları başladı. Daha sonra 2023-cü ilin  Qərb platformasının ilk iki illə müqayisədə müəyyən qədər üstünlük  qazanması prosesi fərqli inkişaf etdirdi. Putin gördü ki, Qərbin təşəbbüsü ilə gedən proseslər də Azərbaycanın ərazi bötövlüyünün təmin olunması ilə yekunlaşacaq və Azərbaycan heç bir halda öz mövqelərindən geri çəkilmir. Regionda da Qərbin mövqeyi üstünlük qazanır. Bu dönəmdə Paşinyanın Rusiya ilə bağlı müəyyən addımlar atması son nəticədə Putinin Erməistana qarşı sərt mövqe bildirdi. Ermənistanda yaranan anti-Rusiya əhval-ruhiyyəsi Putin tərəfindən qəbul edilmədi və indi baş verənlərdə Paşinyanı günahlkar kimi təqdim edir ki, bunu Paşinyan etdi, biz etmədik ki. Günahı Ermənistan hakimiyyətinin üzərinə atmaqla anti-Rusiya əhval-ruhiyyəsini azaltmaq istəyir". 

İ.İsmayıl hesab edir ki, Rusiya Qarabağ məsələsində Azərbaycanın mövqeyinə zidd hərəkət etməyi dayandırıb: "Doğrudur onun bu çıxışları həm də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi səslənir. Ancaq Rusiya bir dövlət kimi Azərbaycanın ərazi bütövlüyü tanıyır. Putinin indiki çıxışı Ermənistaa yönəlik məsələlərdir. Etiraf edək ki, anti-terror əməliyyatından öncə, həm 24 saatlıq əməliyyat zamanı, həm ermənilərin kütləvi köçü zamanı Rusiyanın proseslərə mane olmaması faktiki olaraq məsələnin mahiyyətini ortaya çıxarır. Putinin "Qarabağı biz yox, Paşinyan Azərbaycana verdi" tipli açıqlamaları, Ermənistan ictimaiyyətinə yönəlib". 

Nərgiz,

Sitat.info



Xəbər xətti