"Rusiyanın aktivlərinin qanunsuz ələ keçirilməsini qlobal maliyyə sistemi üçün təhlükəlidir" - Peskov

15:08 22 Dekabr 2023

"Peskov Rusiyanın aktivlərinin qanunsuz ələ keçirilməsini qlobal maliyyə sistemi üçün təhlükəlidir. Moskva Rusiya aktivlərinin qanunsuz ələ keçirilməsi mövzusunu qəbul etmir, bu, qlobal maliyyə sistemi üçün son dərəcə təhlükəlidir".

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bizim müxtəlif aktivlərimizin qanunsuz ələ keçirilməsi mövzusu həm Avropada, həm də Amerikada daim gündəmdədir. Potensial olaraq, bu həm qəbuledilməzdir, həm də qlobal maliyyə sistemi üçün potensial olaraq son dərəcə təhlükəlidir. Çünki belə planlar həyata keçirilərsə, bu, əslində, beynəlxalq maliyyə sisteminin bütün koordinatlarına çox ciddi zərbə olacaq".

Kreml nümayəndəsi vurğulayıb ki, “bunun təşəbbüskarı olanlar və həyata keçirəcənlər başa düşməlidirlər ki, Rusiya Federasiyası bunu edənləri heç vaxt cavabsız qoymayacaq, beynəlxalq, milli və digər hüquqi etiraz hüququndan daim istifadə edəcək”, – Peskov əlavə edib.

Nərgiz,

Sitat.info

 

Onun sözlərinə görə, Avropa və Birləşmiş Ştatlar yaxşı bilirlər ki, Rusiya aktivlərinin qeyri-qanuni olaraq ələ keçirilməsi “onu təşəbbüs edən və həyata keçirənlər üçün hüquqi nəticələrə gətirib çıxaracaq”. "Kimsə bizdən nəyisə müsadirə edərsə, o zaman cavab olaraq nəyi müsadirə edə biləcəyimizi görəcəyik. Əgər bu nəsə tapılarsa, təbii ki, bunu dərhal edəcəyik", - Peskov yekunlaşdırıb.



Xəbər xətti