“Araz-Naxçıvan”ın “Zirə” və “Qəbələ” ilə oyunlarının başlama vaxtı müəyyənləşib

11:00 7 Yanvar 2024

“Araz-Naxçıvan”ın qış hazırlıq dövründə keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı müəyyənləşib.

Sitat.info-nun klubun mətbuat xidmətinə istinadən məlumatına görə, komanda ilk olaraq yanvarın 10-da “Zirə” ilə qarşılaşacaq.

Bakı Olimpiya Stadionunun ehtiyat meydaında baş tutacaq görüşün start fiti saat 15:00-da səslənəcək.

Yanvarın 15-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” - “Araz-Naxçıvan” matçı isə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” mövsümün ikinci yarısında ilk oyununu XIX tur çərçivəsində yanvarın 23-də “Qarabağ”a qarşı keçirəcək.



Xəbər xətti