Qlobal iqtisadiyyata ciddi təhdid: Husilər dünyanın başına bəla olmaqdadır...

13:57 18 Yanvar 2024

"Husilərin Qırmızı dənizdə vəziyyəti ələ almasından sonra dünya iqtisadiyyatında ciddi problemlər yaranıb. Məsələn, Tesla Almaniyadakı zavodunda istehsalatı fevralın ortalarına qədər dayandırıb.

Ümumiyyətlə, ildə 20 min iri yük gəmisinin keçdiyi körfəzdə keçidlərdən gələn gəlir 40 faiz azalıb. 50 ölkə hazırda prosesdən zərər görür. Ümumilikdə isə Qırmızı dəniz ticarəti son iki ayda 13 faiz azalıb".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib. 

O bildirib ki, hazırda dünyada xam neftin 8, qlobal yükdaşımaların isə 15 faizi burdan keçir.

"Nəzərə almaq lazımdır ki, Qırmızı dənizin alternativi olan Afrikanın cənubundan keçməklə səfər hardasa 30 faizə qədər daha çox xərc və vaxt tələb edir. Çindən Avropaya Qırmızı dənizdən 25 günə gedən yüklər Afrikadan 34 günə gedir. Bu isə əlavə xərc, yanacaq, işçilərin əməkhaqqı və sığorta ödənişləri deməkdir. Yəni, getcikdə husilər dünyanın başına bəla olmaqdadır".

Məğrur,

Sitat.info 




Xəbər xətti