İran və Türkiyə prezidentləri İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğan hesab edirlər ki, Yaxın Şərq regionunda gərginliyin artması və Qırmızı dənizdə təhlükəsizlik vəziyyəti İsrail hakimiyyətinin fəaliyyətinin nəticəsidir.
Sitat.info xəbər verir ki, bu barədə Rəisinin Ankaraya səfərindən sonra verilən birgə bəyanatda deyilir.
“İki ölkə prezidenti regional və beynəlxalq sularda, o cümlədən Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb, Qırmızı dənizdəki hazırkı vəziyyətin İsrail rejiminin təcavüzünün nəticəsi olduğunu qeyd ediblər. İsrailin cinayətlərinə qarşı mübarizə aparmaq və bölgədəki vəziyyəti normallaşdırmaq üçün qətiyyətli tədbirlərə ehtiyac var”, - deyə İran hökumətinin saytında dərc olunan bəyanatda deyilir.
Hər iki tərəf Yəməndəki vəziyyəti müzakirə edib, “siyasi həll yolunun tapılmasının, bu ölkədə davamlı sülhün, sabitliyin bərqərar edilməsinin və Yəmən xalqına təcili olaraq ərzaq və dərman da daxil olmaqla humanitar yardımın göndərilməsinin zəruriliyini” vurğulayıblar.
Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının kəskinləşməsindən sonra, Yəmənin Husi hərəkatının döyüşçüləri İsrail ərazisinə zərbələr endirəcəklərini və onunla əlaqəli gəmilərin İsrail sularından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar.
Qırmızı dəniz və Bab əl-Məndeb boğazına qədər anklavda əməliyyat sonlandırılmayacaq.
Ötən il noyabrın ortalarından bəri Husilər Qırmızı dənizdə və Ədən körfəzində 30-dan çox mülki gəmiyə hücum ediblər.
Kənan
Sitat.info