Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna və dövlətçilik ideyalarına sadiq olan Prezident İlham Əliyev, ölkəmizi yeni keyfiyyət mərhələsinə və davamlı yüksəliş səviyyəsinə çatdırmışdır. Milli maraqları hər şeydən üstün tutan Prezident İlham Əliyev qısa zaman ərzində doğma Azərbaycanımızı regionun lider dövlətinə çevirməklə, respublikamızın qlobal arenadakı nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Müasir tariximizin şanlı səhifələrini yazan dövlətimizin başçısı, xalqımızın 30 illik həsrətinə son qoydu, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və özgə torpaqlarına göz dikən düşmənə layiq olduğu zərbəni endirdi. Bununla da, tarixi zəfərin memarı olan İlham Əliyev öz adını Azərbaycan tarixinə və qədirbilən xalqımızın yaddaşına Qalib Xalqın, Qalib Lideri olaraq əbədi yazdı.
Nəzərə alsaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son iyirmi ildə həyata keçirilən məqsədyönlü, uğurlu xarici və daxili siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmış, milli iqtisadiyyatımızın, biznes və invesitisiya mühitinin inkişafı davam etmiş, ölkənin müdafiə qabiliyyəti daha güclü səviyyəyə qaldırılmış, əhalinin sosial rifahı günü-gündən yüksəlir. Dayanıqlı sabitliyə xidmət edən, səmərəli makroiqtisadi siyasət çərçivəsində və iqtisadi inkişafın orta və uzunmüddətli güc mərkəzlərinin formalaşması istiqamətində, müvafiq və təxirəsalınmaz tədbirlər görülmüşdür. Keçən illər ərzində iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsini daha da güclü etmiş və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm tədbirlər görülmüş və bu proses durmadan davam etdirilir.
Strateji yol xəritəsinin təsdiqlənməsi, “KOBİA”, “AZPROMA”, “Ticarət nümayəndəlikləri İnustutu”, “AKIA” kimi dövlət qurumlarının yaranması və investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırlması, sənaye parkları və məhəllələrinin yaradılması, maliyyə sabitliyinin təmin edilməsi, güzəştli kreditlərin illik faiz dərəcələrinin aşağı salınması, elektron kredit platformasının (www.e-edf.gov.az) yaradılması, lisenziyalaşmanın sadələşdirilməsi, sahibkarlıq sahəsində yoxlamaların dayandırlması, investisiyaların və ixracın təşviqi mexanizminin tətbiqi, vergi, gömrük, sosial ödəmələr sisteminin təkmilləşdirilməsi və infrastrukturların inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın artırılmasını, dövlət sahibkar münasibətlərinin inkişaf etdirilməsini, əlverişli biznes mühitinin inkişafını və investisiya mühitinin yaxşılaşdırılmasına şərait yaratmışdır. Eyni zamanda kapitala çıxış imkanlarını, elmi idarəetmə və effektiv stimullar vasitəsilə xarici investisiya strategiyasının həyata keçirilməsini, qeyri-neft sektorunun stimullaşdırılmasını, özəl sektora təşviq mexanizminin tətbiqini, aqrar sektora dövlət qayğısının artırılmasını, insan kapitalı inkişafının stimullaşdırılmasını, dövlət tələbinə uyğun olaraq zəruri struktur dəyişikliklərin aparılmasını, sahibkar və səhimdar təbəqlərinin genişləndirilməsini, yeni iş yerlərinin açılmasını, dövlət müəssisələrinin fəaliyyətinin yenidən qurulmasını, yeni avadanlıq və texnalogiyaların həmçinin müasir idarəetmə metodlarının tətbiqini, milli standartlaşma sisteminin beynəlxalq tələblərə uyğun formalaşmasını, biznesin təşkilinin asanlaşdırılması üçün islahatların sürətlənməsini, elektron hökümət xidmətlərinin çevikliyini, səmərəliliyyini və şəffaflığını, iqtisadi potensialın genişləndirilməsini və nəhayət milli iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsini təmin etmişdir.
Əlbəttə, belə idarəetmə mexanizminin yaradılması, ölkədə biznes mühitinə, müsbət təsir göstərir və mövcud daxili və xarici bazarlarda rəqabət mühitinin daha təkamül olmasına və inkişafına güclü təkan verir. Son illərdə Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından aslıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq inkişaf etdirilməsi ilə bağlı iqtisadi və struktur islahalar həyata keçirilir. Sahibkarlıq dövlət tərəfindən dəstəklənir. Çoxsaylı dəstək mexanizmlərinin yaradılması və müvafiq qurumların səmərəli fəaliyyətindən və yaranmış imkanlardan, sahibkarların rahat bəhrələnməsi təmin edilir və bu əsasda davamlı inkişafa nail olmaq və ölkənin iqtisadi fəaliyyətinin səmərəli rolunun artırılması təmin olunur.
Qlobal dünyada gedən prosesləri hədəfə alan və fəaliyyətini tənzimlənmə strategiyası əsasında quran ölkəmiz, beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən, çevik idarəetmə sistemi və səmərəli əlaqələr qurur. Ölkə iqtisadiyyatını daha möhkəm edərək, onun xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə ehtiyatlarına çıxış imkanlarını daha geniş etmək və onların institusional mexanizmlərini daha təkmil hala gətirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini səmərəli əlaqə kontekstində birləşdirmək, ölkənin bölgələrində sahibkarlığın inkişafına əlverişli şərait yaratmaq və bu istiqamətdə yerli və xarici investisiyaların cəlb edilməsi istiqamətində, qarşıya qoyulmuş məqsədlərə nail olmaq iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir.
İşğaldan azad edilmiş ərazilərimizdə mühüm lahiyələrə start verilib və bərpa quruculuq işləri sürətlə davam etdirilir və buda qarşıdakı illərdə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün imkanlar yaradacaqdır. Bu torpaqların iqtisadi potensiyalı və təbii ehiyyatları o cümlədən zəruri infrastrukturun, aftomobil və dəmir yolları şəbəkəsinin, yeni hava limanlarının və nəqliyyat dəhlizlərinin mövcudluğu bu ərazilərə daxili və xarici investisiyanın cəlb edilməsinə bu isə ümumilikdə Azərbaycanın iqtisadi potensiyalının dahada güclənməsinə, ÜDM istehsalında ciddi artıma səbəb olacaqdır.
Bütün bu mövcud və gələcəkdə əldə ediləcək naliyyətlərin müəllifi isə məhz Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevdir, onun uzaq görən siyasətidir. Məhz bu və digər xidmətlərinə görədə biz hər birimiz Cənab Prezidentin ətarfında sıx birləşərək ona dəstək olmalıyıq.
Ağarzayev Azər Hüseyn oğlu
Azərbaycan Dövlət İqtisad Universiteti
(UNEC) , “Biznes və Loqistika”
kofedrasının dosenti