Prezident seçkisindən ötən 4 il: İqtisadçı alim dövlət başçısının fəaliyyətini ŞƏRH ETDİ

12:46 11 Aprel 2022

"Bu gün İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən 4 il keçir. Prezident 4 il öncə andiçmə mərasimində çıxışı zamanı bəyan etdi ki, növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Ötən 4 il də Azərbaycan tarixinə xüsusi dövr kimi daxil oldu".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq Azərbaycanda yeni sosial paketlərin tətbiqinə başlanıldı: " Ötən müddətdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırıldı. Bu il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) 43% üstələyəcək. Xalis minimum əmək haqqının orta aylıq əmək haqqındakı payında da ötən müddətdə artımlar qeydə alındı. Həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə 40 %- səviyyəsinə yüksələcək. Bu müddətdə minimum pensiya məbləği 2,2 dəfə artırılaraq 110 manatdan 240 manata çatıb. Təbii ki, bu islahatlar əvvəlki illərdə həyata keçirilən iqtisadi siyasətin nəticəsində mümkün oldu".

Deputat vurğulayıb ki, son 4 ildə Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyi də kəskin şəkildə güclənib: "Çox sahəli xarici siyasət 44 günlük Vətən Müharibəsində qazandığımız Zəfərin daha da möhkəmlənməsinə gətirib çıxarır. Rusiya-Ukrayna müharibəsi fonunda yaranan yeni düzən və reallıq kontekstində bu daha da aydın müşahidə olunmaqdadır. Brüsseldə keçirilən son görüş və əldə olunan razılaşmalar bunu bir daha təsdiq etdi. Azərbaycan hər zaman Avropa İttifaqı daxil olmalqa beynəlxaq təşkilatlar ilə əməkdaşlığın geclənməsinə önəm verir. Etiraf etmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları, mütəmadi telefon danışıqları və rəsmi dialoqların təşkil edilməsini Cənubi Qafqaz regionunda sülh və stabitliyin bərqərar olmasında mühüm amil kimi görür".

Vüqar Bayramov bildirdi ki, növbəti 4 ildə  iqtisadiyyatın diversifikasiyanın önəmli məsələlərdən biridir: "2022-2026-cı illər əhatə edəcək yeni iqtisadi strategiya bu sahədə islahatların dərinləşməsinə xidmət edəcək. Əsas milli prioritetlər üzrə Azərbaycan iqtisadiyyatında diversifikasiyanın genişlənəcəyi gözlənilir. Böyük Qaydış Proqramı dayanıqlı iqtisadi nəticələri daha da möhkəmləndiriəcək. Artıq həm dünyada, həm də regionda yeni düzən formalaşır. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti