Şərhçi: Qurban Qurbanovla bağlı yayılan xəbərlər yalandır

18:17 13 Mart 2024

"Qurban Qurbanovun Latviyayla bağlı yayılan xəbərləri elə ilk vaxtdan da reallığı əks etdirmir. Hər halda inandırıcı deyil ki, İtaliya seriyasının təmsilçisi Azərbaycanlı mütəxəssisi sükan arxasına gətirsin."

Bu sözləri Sitat.info-ya açıqlamasında idman yazarı, jurnalist Mehman Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycanı Avropada layiqincə təmsil edən tək komanda hələ ki, Qarabağdır.

"O gedişindən sonra Qarabağı kimə tapşıracaq, maraqlı bir məsələdir. Mənə görə ən ideal variant Elçin Rəhmanov olar. Hansı ki, onunla uzun illərdir demək olar, ilk vaxtlardan bir yerdədir." - o qeyd edib.

Mehman Süleymanov bildirib ki, Qarabağın Bayernə məğlub olmaması elə Qurban Qurbanovun işinin nəticəsidir.

Türkan

Sitat.info



Xəbər xətti