İsrailin Qəzza zolağında fələstinlilərin sığındığı Rəfaha mümkün hücumuna ABŞ prezident administrasiyasının şərti dəstək verəcəyi iddia edilir.
Sitat.info xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən Politico telekanalının hesabatında, Bayden administrasiyasının İsrailin Rəfaha genişmiqyaslı hücumdan qaçacağı təqdirdə, bu şəhərdə "yüksək rütbəli Həmas üzvlərini hədəf almasına" dəstək verəcəyi iddia edilib.
Xəbərdə fikirləri yer alan dörd ABŞ rəsmisinə görə, İsrailin şəxsi görüşlərdə “toplu müharibədən daha çox “terrorizmlə mübarizə” əməliyyatlarını dəstəkləyə biləcəklərinin siqnalını verilib.
Bayden administrasiyasının bəzi yüksək rütbəli rəsmilərinin İsrailin Rəfaha böyük hücumuna şübhə ilə yanaşdıqları bildirilib və ABŞ Müdafiə Nazirliyinin rəsmisi belə bir hücumu istisna edib.
Sözügedən rəsmi İsrailin ABŞ-ın xəbərdarlıqlarını nəzərə aldığını və ona görə də ordusunun Rəfahda "hərəkətsiz " qaldığını deyib. O da qeyd olunur ki, İsrailin Rəfaha hansısa hücum həyata keçirərsə, bu onun ABŞ ilə müttəfiqliyinin statusuna təsir edəcək. Hətta bu ABŞ-dan İsrailə silah göndərilməsi ilə bağlı məhdudiyyətləri də gündəmə gətirə bilər. Bayden İsrailin Rəfaha qurudan hücumunu ABŞ üçün “qırmızı xətt” adlandırıb. İsrailin baş nazirini hədəf alan Bayden, Netanyahunun "indi İsrailə xeyirdən çox zərər vurduğunu" da söyləyib.
Netanyahu Baydenin tənqidlərinə cavab verib və İsrail xalqının əksəriyyətinin onun izlədiyi siyasəti dəstəklədiyini iddia edib.
Nərgiz,
Sitat.info