Azərbaycanın UEFA reytinqindəki yekun mövqeyi bəlli olub

12:06 15 Mart 2024

Avropa Liqası və Konfrans Liqasında 1/8 finalın cavab oyunları keçirildikdən sonra ölkələrin UEFA reytinqi açıqlanıb.

Sitat.info xəbər verir ki, Azərbaycanın xal hesabı dəyişməz qalıb.

Buna "Qarabağ"ın Avropa Liqasının 1/8 finalında "Bayer"lə səfər matçındakı məğlubiyyəti (2:3) səbəb olub. Ağdam klubu mübarizəni dayandırdığı üçün Azərbaycan avrokuboklardakı sonuncu təmsilçisini də itirib. Bununla da ölkəmiz üçün qitəmiqyaslı turnirlərdəki mövsüm başa çatıb.

Klublarımızın bu mövsümdəki qazancı 5,875 xal olub. Son 5 ilin nəticələrinə əsasən, toplanan reytinqimiz 20,125-dir. Azərbaycanın mövqeyi də dəyişməz qalıb. Hazırda 27-ci olan ölkəmizin mövqeyi mövsümün sonunadək dəyişməyəcək.

Aşağı pillələrdəki ölkələrin təmsilçiləri də mübarizəni dayandırıb. Bu üzdən indiki 27-ci yer Azərbaycanın yekun mövqeyidir.

Qeyd edək ki, siyahıya İngiltərə başçılıq edir.



Xəbər xətti