Fransa İsrailə görə İranı tənqid etdi: İrəvanda isə əməkdaşlıq edir....

13:03 14 Aprel 2024

Qərb ölkələri ard-arda İranın İsrailə raket zərbələrini pisləyən açıqlamalar veriblər. Fransanın xarici işlər naziri Stefan Sejurne də İranın İsrailə hücumunu pisləyib. “Belə bir görünməmiş addım atmağa qərar verməklə, İran hərbi eskalasiya riskini artırır" – deyən fransalı baş diplomat ölkəsinin İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Paris İsrailə dəstək açıqlaması fonunda Ermənistan mövzusunda Tehranla əməkdaşlığını yenədəmi davam etdirəcək? Hindistan da diqqətli olmalıdır. Bu ölkə Ermənistana göndərdiyi hərbi texnikanı İran üzərindən daşıyır. Buna rəğmən, Paris kimi Dehlinin də İsraillə sıx tərəfdaşlıq münasibətləri var. Mövzu Ermənistan olsa belə, İsrail-İran gərginliyi fonunda Fransa və Hindistanın Tehranla hərbi-texniki əməkdaşlığı çətinləşəcək”, - o bildirib.



Xəbər xətti