Rusiya “Neptun” gəmi əleyhinə raketlər üçün komponentlər istehsal edən Julyanski Maşınqayırma Zavodu Vizar Dövlət Müəssisəsinin sexlərinə raket hücumu edib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Ukroboronprom” da rəsmən təsdiqlənib.
“Rusiya aprelin 15-də saat 01:30 radələrində Ukrayna tərəfindən Qara dənizdə "Moskva" freqat-kreyserinin batması xəbərindən sonra raket hücumu həyata keçirib”, - məlumatda qeyd olunub.